BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İsrailin Qəzza zolağındakı xəstəxanalara zərbələr endirməsi ilə bağlı xəbərlərdən dəhşətə gəlib və tibb müəssisələrinin hədəfə alınmamalı olduğunu vurğulayıb.
O, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Qəzzada Əl-Şifa xəstəxanasına hərbi hücumlar barədə xəbərlər məni dəhşətə gətirir. Yeni doğulmuş uşaqların, xəstələrin, tibb işçilərinin və bütün mülki şəxslərin mühafizəsi digər qayğılardan üstün olmalıdır”. Qriffits onu da vurğulayıb ki, “xəstəxanalar döyüş yeri deyil”.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında təcili yardım maşınlarına zərbə endirməsi xəbərindən şoka düşdüyünü bildirmişdi. (Tass)