İordan çayının qərb sahilində naməlum İsrail vətəndaşları BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) karvanının yükünün bir hissəsini məhv ediblər. Bunu brifinqdə dünya təşkilatının daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, insident çərşənbə günü baş verib, yük maşınlarında ərzaq olub. “İordan çayının qərb sahilində İsrail vətəndaşları konvoyun yükünün bir hissəsini boşaltdılar və məhv etdilər” deyib.
Karvan Qəzza zolağına daxil olduqdan sonra daha bir insident yaşanıb. “Qəzzada BMT obyektlərinə doğru hərəkət edən yardım maşınları silahlı şəxslər tərəfindən boşaldılması üçün nəzərdə tutulmayan yerlərə yönəldildi” deyə o qeyd edib. ” (Tass)