BMT-nin Ümumdünya Ərzaq Proqramı sudanlılara humanitar dəstəyini ikiqat artıracaq. Bu barədə Reuters xəbər yayıb.
Qeyd edildiyi kimi, genişləndirmə nəticəsində ərzaq yardımı proqramı 2024-cü ilin sonuna kimi 10 milyon insanı əhatə edəcək.
Bundan əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda məcburi köçkünlərin sayının yaxın gələcəkdə 10 milyon nəfərə qədər arta biləcəyini bildirmişdi