BMT Fələstin əhalisinə humanitar, siyasi və maliyyə problemlərinin aradan qaldırılmasında kömək etməyə davam etməyə hazırdır. Bunu Fələstin prezidenti Mahmud Abbasın Məhəmməd Ştayyenin rəhbərlik etdiyi hökumətin istefasını qəbul etməsindən sonra dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
“Baş katib [Antonio Quterreş] Fələstinin baş naziri Məhəmməd Ştayyenin prezident Abbasdan hökumətini istefaya göndərməsini xahiş etdiyi barədə bu gün verdiyi açıqlamanı diqqətə çatdırıb. BMT humanitar, siyasi və maliyyə problemlərin aradan qaldırılması üçün səyləri dəstəkləməyə davam etməyə hazırdır və həmçinin Fələstin xalqının üzləşdiyi təhlükəsizlik çağırışları” deyə o qeyd edib. (Tass)