BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Fransa kəşfiyyatının Rumıniyada keçirilən prezident seçkilərinə təsir etmək cəhdi ilə bağlı xəbərləri şərh etməyib.
O, brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Xeyr, mənim bundan xəbərim yoxdur. Şərh yoxdur”.
Mayın 18-də Telegram-ın yaradıcısı Pavel Durov elan edib ki, messencer “Qərbi Avropa ölkələrindən birinin” tələbi ilə seçkilər öncəsi Rumıniyanın mühafizəkar kanallarını bloklamaqdan imtina edib. O, X-də yazı dərc edərək, Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolas Lernerin 2025-ci ilin yazında ona belə bir xahişlə müraciət etdiyini qeyd edib. Daha sonra Durov Rumıniyada keçirilən prezident seçkilərinə xarici müdaxilə ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Fransa kəşfiyyatı terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə adı altında Rumıniya, Moldova və Ukrayna vətəndaşlarının İP ünvanları ilə maraqlanıb. (Tass)