Birləşmiş Millətlər Təşkilatı İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Mavi xəttdə (İsrailin Livanla sərhədi ) bu gün Beyruta ölümcül zərbə endirilməsi də daxil olmaqla, biz son dərəcə narahatıq. Biz bütün tərəfləri gərginliyi dərhal azaltmağa çağırırıq, hər kəs maksimum təmkin nümayiş etdirməlidir”, – o deyib. (Tass)