İsrailin İordan çayının qərb sahilindəki əməliyyatları və bununla bağlı hərəkət məhdudiyyətləri fələstinlilərin əsas xidmətlərə çıxışını çətinləşdirib və ərzaq qiymətlərinin artmasına səbəb olub. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Agentlik İsrailin Cenin və Tulkərmdə davam edən əməliyyatlarına diqqət çəkərək, “İordan çayının qərb sahilinə gəldikdə, OCHA şimalda pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığını davam etdirir” deyib. “İsrailin şimal bölgələrindəki əməliyyatları İordan çayının qərb sahilində hərəkətə ciddi məhdudiyyətlər fonunda həyata keçirilir ki, bu da əsas xidmətlərə çıxışı əngəlləməkdə davam edir, fələstinliləri İsrailin keçid məntəqələrində saatlarla növbəyə durmağa və ya xeyli uzun yollar keçməyə məcbur edir” bəyanatda deyilir.
Cenində hərəkətə qoyulan məhdudiyyətlər “ərzaq çatışmazlığına və qiymətlərin artmasına səbəb olub, işçilər və kiçik biznes sahibləri isə əsas gəlir mənbələrini itiriblər”. “Bu məhdudiyyətlər humanitar işçilərin Cenin qaçqın düşərgəsində qalan ailələrə, eləcə də Cenin əyalətinin digər bölgələrinə köçmüş ailələrə çatmasına mane oldu” deyib OCHA. (Tass)