BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk hesab edir ki, Gürcüstanda etirazlara səbəb olan xarici agentlər haqqında qanun geri götürülməli, hakimiyyət vətəndaş cəmiyyəti və media ilə dialoqa başlamalıdır. O, bu tövsiyəni Cenevrədə verdiyi bəyanatda verib.
Türk, Tbilisidə “hüquq-mühafizə orqanlarının nümayişçilərə və media işçilərinə qarşı lazımsız və qeyri-mütənasib güc tətbiq etməsi” xəbərlərindən narahatlığını ifadə edib. “Mən Gürcüstan hakimiyyətini [Xarici təsirin şəffaflığı haqqında] qanun layihəsini geri götürməyə, vətəndaş cəmiyyəti və media da daxil olmaqla dialoqa başlamağa çağırıram”, o qeyd edib. Ali Komissar qeyri-hökumət təşkilatının və ya media orqanının xaricdən maliyyə alması ilə bağlı “etiketlənməsini” ifadə azadlığına “ciddi təhlükə” kimi qiymətləndirib. (Tass)