BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrailin Qəzza zolağında törətdiyi bombardmanı bu anklavın sakinləri üçün kollektiv cəza kimi qiymətləndirib. O, bu barədə Cenevrədə keçirdiyi mətbuat konfransında dərhal atəşkəsə və insan haqları pozuntularının araşdırılmasına çağırıb.
“Qəzzanın mülki əhalisi İsrailin davamlı bombardmanlarına və kollektiv cəzalarına, ölümə, mühasirəyə və qida, su və həyati vacib dərman vasitələri kimi əsas insan ehtiyaclarından məhrum olmağa davam edir” deyib. “Qəzzə xalqı tam və dərinləşən dəhşət içində yaşayır”, – Ali Komissar bildirib.
Türk Qəzzada “bircə dənə də olsun təhlükəsiz yer olmadığını” vurğulayıb. Onun sözlərinə görə, anklavda yaşayan 2,2 milyon fələstinlidən təxminən 1,9 milyonu didərgin düşüb. “Humanitar təşkilatlardakı həmkarlarım vəziyyəti apokaliptik kimi təsvir edirlər”, o əlavə edib. “Bu şəraitdə xüsusilə ağır cinayətlərin törədilməsi riski yüksəkdir. Bu cür cinayətlərin qarşısını almaq üçün həm maraqlı tərəflər, həm də bütün ölkələr, xüsusilə də təsiri olan ölkələr tərəfindən tədbirlər görülməlidir”, – Türk deyib. “Beynəlxalq ictimaiyyət dərhal atəşkəs, eləcə də insan hüquqlarına hörmət və bütün girovların azad edilməsində təkid etmək üçün yekdilliklə danışmalıdır”, o əlavə edib.
Türk insan haqları və humanitar hüququn pozulması ilə bağlı iddiaları hərtərəfli araşdırmağa çağırıb. O, xüsusilə Fələstin silahlı qrupları tərəfindən törədilən cinsi cinayətlərlə bağlı iddiaların araşdırılmasının zəruriliyinə diqqət çəkib. “Fərdi cinayət məsuliyyəti müəyyən edilməlidir”, – BMT-nin Ali Komissarı vurğulayıb. (Tass)