BMT-nin baş katibi Antonio Quterres Davosda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü başlamazdan əvvəl Ukraynadakı münaqişənin sona çatmasında hamının maraqlı olduğunu açıqlayıb.
“İnanıram ki, biz hamımız Ukraynadakı [münaqişənin] BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq başa çatmasını istəyirik” deyib.
“Biz Qəzza böhranının iki dövlətli həll əsasında sülh yolu ilə sona çatmasını istəyirik ki, fələstinlilər və israillilər bu dəhşətli böhranı ortaq gələcək qurmaq üçün fürsətə çevirə bilsinlər”, – Quterreş baş ofisin açıqlamasında bildirib. (Tass)