BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında eskalasiyanın davam etməsindən təəssüflənir, lakin eyni zamanda yəhudi dövləti ilə Fələstin HƏMAS hərəkatı arasında hərbi əməliyyatlarda fasilənin bərpa olunacağına ümid edir.
Dünya təşkilatının rəhbəri X sosial şəbəkəsində (keçmiş Twitter) mesajında ”Qəzzada yenidən hərbi əməliyyatların başlanmasına görə çox təəssüflənirəm. Ümid edirəm ki, əvvəllər yaradılmış pauza uzadılacaq” deyib.
Cümə günü BMT-nin baş katibi Dubaydadır və burada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransında iştirak edir. (Tass)