BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında Fələstinin Həmas hərəkatı tərəfindən girov saxlanılan bütün insanların dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını təkrarlayıb.
“Mən bir daha bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm”, o, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə açıq debat zamanı deyib.
Dünya təşkilatının rəhbəri əlavə edib ki, öz səlahiyyətləri çərçivəsində “onların azad edilməsi üçün hər cür səy göstərəcək”. (Tass)