BMT-nin baş katibi Antonio Quterreş Suriyada qan tökülməsinə dərhal son qoymağa və bütün günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Suriyada axan qan dərhal dayandırılmalıdır, cinayətlərə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir”.