BMT-nin baş katibi Antonio Quterreş Suriyada zorakılığın artmasından narahatdır və bütün tərəfləri mülki insanları müdafiə etməyə çağırır. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Baş katib Suriyanın sahilyanı ərazilərində kütləvi qətllərlə bağlı zorakılıqların artmasından narahatdır”, “Baş katib bütün tərəfləri mülki insanları qorumağa və nifrət dolu çıxışları və hərəkətləri dayandırmağa çağırır”.(Tass)