BMT-nin baş katibi Antonio Quterreş Venesueladakı siyasi prosesin bütün tərəflərini təmkinli olmağa və bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb. Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
“Baş katib Venesuela xalqına seçkilərdə öz iradəsini dinc şəkildə ifadə etmək öhdəliyinə görə təşəkkür edir. Biz seçki orqanlarının verdiyi açıqlamaları, həmçinin siyasətçilərin və beynəlxalq ictimaiyyətin nümayəndələrinin narahatlığını nəzərə almışıq. Baş katib tam şəffaflığa və seçkilərin nəticələrinin və seçici fəallığının vaxtında dərc olunmasına çağırır, Baş katib seçkilərlə bağlı bütün fikir ayrılıqlarının sülh yolu ilə həll ediləcəyinə inanır və Venesuelanın bütün siyasi liderlərini və onların tərəfdarlarını təmkinli olmağa çağırır”, – Düjarrik bildirib.