BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərq münaqişəsinin genişlənməsini pisləyib və İranın İsrailə hücumundan sonra atəşkəsə çağırıb.
“Bir-birinin ardınca eskalasiyanın müşahidə olunduğu Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyirəm”, – deyə dünya təşkilatının rəhbərinin ofisinin yaydığı bəyanatda deyilir.