Dağlıq Qarabağa gedən BMT missiyası Azərbaycanla razılaşaraq region sakinlərinin həm öz evlərində qalmağa qərar vermiş, həm də onları tərk edənlərin humanitar ehtiyaclarını qiymətləndirəcək. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Azərbaycan hökuməti ilə BMT regiona missiya göndərmək barədə razılığa gəliblər. Missiya bu həftəsonu baş tutacaq”.
“Azərbaycan hökuməti ilə BMT regiona missiya göndərmək barədə razılığa gəliblər. Missiya bu həftəsonu baş tutacaq”.
Düjarrik əlavə edib ki, missiyaya BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin, eləcə də BMT-nin digər qurumlarının nümayəndələri daxil olacaq. “Bizim 30 ildir Dağlıq Qarabağa çıxışımız yoxdur. Ona görə də nəhayət ora çatmağımız vacibdir. Biz Azərbaycandan regiona hava yolu ilə daxil olacağıq. Komanda mövcud vəziyyəti yerində qiymətləndirəcək”.
Düjarrik əlavə edib ki, BMT-nin Qarabağdakı missiyasının nə qədər fəaliyyət göstərəcəyini dəqiqləşdirə bilməz. (Tass)