BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Qətərdə Astana formatında xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Cənab Pedersen forum üçün Dohaya yollanır. Orada bir sıra digər ölkələrin xarici işlər nazirləri də iştirak edəcək. Onun sabah bir neçə görüşünün olacağını gözləyirik. Sabah Astana formatında da görüş olacaq”, – o deyib.(Tass)