Birləşmiş Millətlər Təşkilatı oktyabrın 22-i bazar günü Misirin Fələstin anklavı ilə sərhədində yerləşən Rəfah keçidi vasitəsilə Qəzza zolağının sakinlərinə humanitar yardımın ikinci partiyasını göndərmək üçün danışıqlar aparır. Bu barədə “Al Hadath” telekanalı öz nümayəndəsinə istinadən məlumat yayıb.
“Hazırda bazar günü Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzaya humanitar yardımların ikinci partiyasının çatdırılması ilə bağlı danışıqlar aparılır”.BMT nümayəndəsi əlavə edib ki, gözlənildiyi kimi, “Qəzzadakı fələstinlilərə yüklü yardımla göndəriləcək avtomobil qatarı 20-30 maşından ibarət olacaq”.
Bundan əvvəl anklav sakinlərinə humanitar yardım aparan ilk 20 yük maşını Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya daxil olub. Onun çatdırılması Misir Qızıl Aypara Cəmiyyəti və BMT-nin nəzarəti altında həyata keçirilib. (Tass)