BMT Omanda ABŞ və İran arasında məsləhətləşmələrin uğurlu olacağına ümid etdiyini bildirib. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz Omandakı danışıqların müsbət nəticə verəcəyinə ürəkdən ümid edirik. ABŞ və İranın bütün həll edilməmiş məsələlərin həlli üçün diplomatiyadan istifadə etməsi vacibdir”, – o deyib.
Martın 7-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib. Martın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi demişdi ki, Tehran Trampın məktubuna cavab göndərmək üçün Omandan vasitəçi kimi istifadə edib.
Bazar ertəsi məlum olub ki, yazışmalardan sonra tərəflər məsləhətləşmələrin birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər. Əsas danışıqlarda Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff çıxış edəcək. (Tass)