BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağındakı ən azı 18 obyekti, o cümlədən 16 məktəb İsrailin zərbələri nəticəsində zərər görüb. Bu barədə UNRWA-nın anklavdakı sözçüsü Adnan Əbu Həsna Əl Ərəbiyyə telekanalında məlumat verib.
Təşkilatın obyektlərinin İsrailin zərbələrinə məruz qalıb-qalmaması ilə bağlı sualı cavablandıran Hasna, “Qəzzada qətiyyən təhlükəsiz yerlər yoxdur” deyib.”18 müəssisə və obyektə ziyan dəyib, məktəblərdən birinə birbaşa ziyan dəyib, 225-ə yaxın köçkün yaşayır. Allaha şükürlər olsun ki, heç kim xəsarət almayıb”, – UNRWA sözçüsü bildirib. “18 qurum, o cümlədən 16 məktəb”, – deyə o, aydınlaşdırıb. (Tass)