Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əhalisinin 79%-nin fövqəladə vəziyyətdə olduğu Qəzza zolağında ərzaq böhranının ən yüksək səviyyədə olduğu barədə xəbərdarlıq edir. Bu barədə “Qida Təhlükəsizliyi Fazalarının İnteqrasiya Təsnifatı” qlobal təşəbbüsünün hesabatında deyilir.
FAO təsnifatına əsasən, proqnozlaşdırılan dövr ərzində (8 dekabr 2023-cü il – 7 fevral 2024-cü il) Qəzza zolağının bütün əhalisinin üzləşdiyi vəziyyət kəskin böhran kimi səciyyələndirilir. Hesabatda qeyd olunur ki, anklavda aclıq riski hər əlavə döyüş günü və humanitar yardımların əldə edilməsinə məhdudiyyətlər artdıqca artır. Sənəddə deyilir: “İnsanların qeyri-adekvat sığınacaqlarda və ya əsas xidmətlərin olmadığı ərazilərdə həddindən artıq cəmləşməsi və ya təcrid edilməsi aclıq riskinə səbəb olur”.
Hesabatda vurğulanır ki, Qəzzada ən azı dörd ailədən biri – yarım milyondan çox insan fəlakətli qida çatışmazlığı ilə üzləşir. FAO həmçinin beş yaşınadək uşaqlar arasında kəskin qida çatışmazlığının həyəcanverici dərəcədə yüksək olduğunu və uşaq ölümlərinin yüksək göstəricilərini qeyd edib.