Qəzzada gedən döyüşlər zamanı beynəlxalq hüququn pozulması ilə bağlı iddialar araşdırılmalıdır. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib ki, əgər milli səlahiyyətlilər bunu edə bilmirsə, beynəlxalq araşdırma lazımdır.
“Beynəlxalq hüquqa məhəl qoymamağa qərar verənlərə cavab veriləcəkləri barədə xəbərdarlıq edilməlidir. Heç kim qanundan üstün deyil”, – Türk deyib.
“Beynəlxalq hüququn çoxsaylı pozuntuları ilə bağlı son dərəcə ciddi ittihamlar tam araşdırılmalı və təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”, o deyib. “Əgər milli hakimiyyət orqanları bu cür təhqiqat və təqibləri həyata keçirmək istəmirsə və ya edə bilmirsə, beynəlxalq təhqiqat zəruridir”, – deyə BMT-nin Ali Komissarı bildirib.
Türk anklavın cənubunda yüz minlərlə fələstinlinin kifayət qədər su və qidaya malik olmadığını xatırladaraq, “Bir daha deyirəm ki, Qəzzada təhlükəsiz yer yoxdur” deyib. O, münaqişə tərəflərini zorakılığı dayandırmağa çağırıb: “Silahları susdurun və dialoqa qayıdın – mülki əhalinin çəkdiyi iztirablar dözülməz dərəcədə böyükdür”. (Tass)