BMT Qəzza zolağındakı Əl-Şifa xəstəxanası ilə bağlı vəziyyətdən son dərəcə narahatdır, xəstəxanalar döyüş meydanına çevrilməməlidir.
Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Çərşənbə günü səhər saatlarında İsrail ordusu Əl-Şifa xəstəxanasında Fələstinin Həmas hərəkatına qarşı əməliyyat elan edib. “Gördüklərimizdən çox narahatıq. Bizə aydındır ki, xəstəxanalar heç bir halda döyüş yeri olmamalıdır, onlar beynəlxalq humanitar hüquqla qorunur”, – Düjarrik deyib. (Tass)