BMT-nin Qəzza zolağındakı əməkdaşlarının Qəzza zolağında işləyən jurnalistləri müdafiə etmək imkanı yoxdur. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Təəssüf ki, yerlərdə hər hansı tədbir görə biləcəyimizi düşünmürəm”, – deyə o, bununla bağlı suala cavabında bildirib: “Humanitar işçilərimiz, eləcə də jurnalistlərimiz cəbhə xəttindədirlər və bunun əvəzini canları ilə ödəyiblər. Bildiyiniz kimi, bu münaqişədə 150-dən çox əməkdaşımız həlak olub”.
Düjarrik əlavə edib ki, dünya təşkilatı dəfələrlə “həm açıq, həm də özəl olaraq jurnalistlər və onların həyatlarını təhlükəyə atmadan işlərini yerinə yetirə bilmələri ilə bağlı narahatlıqlarını ifadə edib”.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin son məlumatlarına görə, Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan bəri azı 85 jurnalist həlak olub. (Tass)