BMT-nin İnsan Haqları Ofisi (OHCHR) Qəzzadakı hadisələri soyqırım kimi qələmə verməkdən çəkinir. OHCHR-in sözçüsü Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, cinayətlərin təsnifatı məhkəmə tərəfindən müstəqil araşdırma əsasında müəyyən edilməlidir.
Jurnalistlərin Qəzzada baş verənlərin soyqırım cinayəti olub-olmaması ilə bağlı sualına o, “Hazırda Qəzzada baş verənlərlə bağlı hüquqi şərtləri ehtiva edən ittihamlardan” xəbərdar olduğunu bildirib. OHCHR münaqişə zamanı tərəflərin müharibə cinayəti sayılan hərəkətlərə yol vermiş ola biləcəyindən narahatdır. “Biz müharibə cinayətlərinin törədilməsindən narahatıq. Biz Həmas-ın qəddar hücumlarına cavab olaraq qəzzalıların kollektiv cəzalandırılmasından narahatıq, bu da müharibə cinayətləri sayıla bilər”, – sözçü izah edib. “Hazırda bizim təhlilimiz bundan uzağa gedə bilməz. Cinayətlərin təsnifatını məhkəmə müstəqil prosedur əsasında müəyyən etməlidir”, – deyə Şamdasani yekunlaşdırıb. (Tass)