İçməli suyun çatışmazlığı Qəzza zolağının sakinlərini yoluxucu xəstəliklərin baş verməsi və ya ölümlə təhdid edir. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Qəzzada bütün məqsədlər üçün (içmək, yemək bişirmək, gigiyena) orta su istehlakı hazırda adambaşına gündə 3 litr olaraq qiymətləndirilir. Təhlükəsiz mənbələrdən su istehlakı artır, bu da əhalini ölüm və ya yoluxucu xəstəliklərin baş verməsi riski ilə üz-üzə qoyur. ” OCHA-nın bəyanatında deyilir.
“Qəzza ardıcıl yeddinci gün tam elektrik kəsilməsi ilə üzləşdi” deyən agentlik qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı Şifa Xəstəxanasına yanacaq çatdırmağı bacarıb ki, bu da ehtiyat generatorların işini daha bir neçə gün uzadacaq. Digər xəstəxanalarda resurs ehtiyatları minimaldır, BMT vurğulayıb. (Tass)