Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları yerli Qırmızı Xaç rəsmilərinə Kfar Hamam sərhəd bölgəsindən yaralıların və meyitlərin çıxarılmasına kömək ediblər. UNIFIL-in mətbuat xidmətindən TASS-a verilən məlumata görə, əməliyyat İsrailə məxsus pilotsuz təyyarənin şiə Hizbullah partiyasının silahlı qanadının bir qrup döyüşçüsünə zərbə endirməsindən sonra həyata keçirilib.
“Nəticədə 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb”, – deyə mətbuat xidməti qeyd edib: “Qırmızı Xaç bizə müraciət edərək onları Kfar Hamamdan çıxarmaq üçün kömək istəyiblər, çünki həmin an İsrail hərbçiləri Livan ərazisini intensiv atəşə tutublar”. Həmsöhbətin sözlərinə görə, UNIFIL patrulu İsrail tərəfinə xəbərdarlıq edib və evakuasiyaya kömək edib. (Tass)