BMT-nin baş katibi Antonio Quterreş Sakit okean regionunun inkişaf etmiş ölkələri qonşuları iqlim fəlakətinin astanasında olduğu üçün onları təcili olaraq istixana qazı emissiyalarını azaltmağa, kömür və qazdan imtina etməyə çağırıb.
“Bugünkü hesabatlar təsdiq edir ki, Sakit okeanın cənub-qərbində dənizin nisbi səviyyəsi qlobal orta səviyyədən daha da artıb – bəzi yerlərdə son 30 il ərzində qlobal səviyyədən iki dəfədən çox artıb”, o, Forumun liderlərinin Sakit Okean Adaları sammitində çıxışı zamanı deyib. BMT baş katibinin sözlərini Avstraliyanın ABC telekanalı sitat gətirir.
Quterreş vurğuladı ki, dünya təcili olaraq qalıq yanacaqlardan istifadəni dayandırmalıdır. “Müxtəlif ölkələrin bunu etmək üçün müxtəlif yolları və templəri var, lakin gəlin heç bir illüziyaya qapılmayaq: qalıq yanacaqları tədricən ləğv etmədən biz [qlobal istiləşməni] 1,5 dərəcədən aşağı saxlaya bilməyəcəyik” dedi.
BMT-nin Baş katibi həmçinin qeyd edib ki, G20 ölkələri, o cümlədən Avstraliya qlobal istiləşmənin mənfi nəticələri ilə üzləşən “dövlətləri maliyyələşdirmək və dəstəkləmək üçün ən böyük imkanlara” malikdir. “Bizə əhəmiyyətli vəsait axını lazımdır” deyib Quterreş. (Tass)