ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi və digər sui-qəsd cəhdləri və təhdidlər göstərir ki, dünyada yalnız az sayda ölkə siyasi zorakılıqdan qorunur və bu narahatlıq doğurur. Bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Bu, çox az ölkənin siyasi zorakılığa qarşı immunitetə malik olduğunu göstərir” deyib. “Bu, təkcə keçmiş prezident Tramp və ya digər siyasətçilərə olan açıq hücumlar deyil… Biz də şifahi zorakılığın artdığını görürük. Bir çox ölkələrdə. Yerli qanunvericilərin və məmurların onlara qarşı təhdidlər barədə məlumat verdiyini görürük, bu, hər bir ölkə üçün son dərəcə narahatedici əlamətdir”.
Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası mitinqində baş verib. Güllə eks-prezidentin qulağına dəyib, həyatı təhlükədə deyil. Atışma nəticəsində onun tərəfdarlarından biri həlak olub. Hücum edən 20 yaşlı Tomas Metyu Kruks ABŞ Gizli Xidməti tərəfindən öldürülüb. Hadisəni törədənin motivləri hələlik məlum deyil. (Tass)