BMT Təhlükəsizlik Şurası (TŞ) Qəzza zolağında kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı mətbuat bəyanatı yayıb və hadisə ilə bağlı müstəqil və qərəzsiz araşdırma aparmaq üçün müstəntiqlərin dəfn yerlərinə maneəsiz daxil olmasına çağırıb.
“BMT Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq hüququn pozulmasına görə məsuliyyətin vacibliyini vurğulayıblar və müstəntiqləri vəziyyəti müəyyən etmək üçün dərhal, müstəqil, şəffaf və qərəzsiz araşdırmalar aparmaq üçün Qəzzadakı bütün kütləvi məzarlıqlara maneəsiz daxil olmağa çağırıblar”. Şuranın jurnalistlərə açıqlamasında belə deyilir.