Gələn cümə günü Qəzza zolağı ətrafında vəziyyətin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu barədə “Al Hadath” telekanalına beynəlxalq təşkilatdakı diplomatik mənbə məlumat verib.
“Qəzzada vəziyyətin pisləşməsini nəzərə alaraq, İsrail və Fələstin tərəfləri arasında münaqişəni müzakirə etmək üçün gələn cümə günü BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək”, – mənbə qeyd edib.
(Tass)