BMT Ukrayna münaqişəsində əldə oluna bilsə, atəşkəsi alqışlayar və bunun uzunmüddətli sülhə çevriləcəyinə ümid edər. Bu barədə dünya təşkilatının rəhbəri Antonio Quterreş jurnalistlərə açıqlama verib.
“Biz, şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çoxlu insan həlak oldu. Atəşkəs, şübhəsiz ki, müsbətdir və ümid edirik ki, bu, reallaşacaq və ədalətli sülhə yol açacaq”. (Tass)