Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) Yaxın Şərq regionunda nüfuzu olan bütün ölkələri gərginliyi azaltmaq üçün səy göstərməyə çağırıb.
“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk regionda və onun hüdudlarından kənarda nüfuzu olan bütün ölkələri və bütün oyunçuları gərginliyin daha da artmasına yol verməməyə və beynəlxalq hüquqa hörməti təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırır”, – ali komissarın sözçüsü brifinqdə deyib. Onun sözlərini Reuters agentliyi sitat gətirib.
“Silahlı münaqişənin bütün tərəfləri hər zaman mülki şəxslər və hərbi personal, mülki obyektlər və hərbi hədəflər arasında fərq qoymalıdırlar. , hərtərəfli və şəffaf araşdırmalar” deyə o əlavə edib. (Tass)