May 10, 2025-9:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU ilə İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

2025:01:10 - 17:39
in SOSİAL
A A

Koreya Respublikası İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupunun rəhbəri Jungho Kim Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Qonaqla görüşən rektor Yaqub Piriyev iki universitet arasında icrası uğurla davam edən ikili diplom proqramının (BMU-İNHA İDP) əlaqələri daha da gücləndirdiyini vurğulayıb, həmçinin əməkdaşlığın perspektivlərinə toxunub. Rektor bildirib ki, qlobal iqlim böhranına cavab verməklə bağlı ötən il BMU ilə Layihə Qrupu arasında imzalanan tərəfdaşlıq sazişi istiqamətində konkret fəaliyyət planının ortaya qoyulması müsbət haldır və səmərəli əməkdaşlığın gözəl nəticələr verəcəyinə inanır.

BMU-da yenidən olmaqdan məmnunluğunu dilə gətirən Layihə Qrupunun rəhbəri Jungho Kim qlobal iqlim dəyişikliyi istiqamətində atılacaq birgə addımlar, həyata keçiriləcək digər layihələrlə bağlı ətraflı məlumat verib.

Sonra Layihə Qrupunun rəhbəri Jungho Kim və rektor Yaqub Piriyev “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” haqqında razılaşma sazişini imzalayıblar.

Sənədə əsasən, qlobal iqlim böhranına cavab olaraq konvergent bacarıqların istifadəsi üçün yerli təhsil proqramlarının, o cümlədən tələbə və professor-müəllim heyətinin mübadiləsi, onların təcrübə proqramlarının birgə planlaşdırılıb dəstəklənməsi və s. həyata keçiriləcək.

Görüşdə BMU ilə əməkdaşlıq çərçivəsində icra olunacaq layihənin konkret istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Belə layihənin Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə gerçəkləşdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, BMU-da təcrübə proqramlarına və yay məktəbinə cəlb olunacaq İNHA-nın tələbə-müəllim heyəti ilə bağlı önəmli detallar razılaşdırılıb və müvafiq sayda BMU tələbələrinin Cənubi Koreyaya səfəri ilə əlaqədar məsələlər də bir daha nəzərdən keçirilib.

Görüş gələcək əməkdaşlığın digər sahələri üzrə fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Əvvəlki Yazı

Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

Növbəti Yazı

Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.