İyun 21, 2025-13:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU-nun rektoru “Robotex Azərbaycan”da ilk yeri tutan komandaların üzvləri ilə görüşüb

2024:03:06 - 15:58
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetində (BMU) “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda birinci yeri tutan komandaların üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.

Qalib komandaları (“ROBOXIDE” və “A-MAZE”) uğurlu çıxışlarına görə təbrik edən BMU-nun rektoru Yaqub Piriyev “Robotex Türkiye” çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən çempionatın Azərbaycan mərhələsinin əhəmiyyətinə diqqət çəkib. Rektor yarışmanın bu sahədə inkişaf etmək istəyən gənc mühəndislərə, tələbə və şagirdlərə geniş imkanlar yaratdığını, həmçinin qlobal miqyaslı tədbirin elmə marağın artırılması, gənclərin mühəndislik ixtisasları üzrə təhsil almağa istiqamətləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Texnologiyaların sürətli dəyişməsinə adekvat olaraq müasir çağırışlar əsasında yeni ixtisasların yaradılmasının aktuallaşdığını qeyd edən rektor cari tədris ilindən etibarən BMU-da bir çox yeni istiqamətlər, o cümlədən mexatronika və robototexnika ixtisası üzrə kadr hazırlığının aparıldığını xatırladıb.

Rektor tələbələrin nəzəri olaraq müvafiq peşə kompetensiyalarına yiyələnmələrinin vacibliyi ilə yanaşı, bu qəbildən olan müsabiqələrdə iştirakının onların təcrübi bacarıq və vərdişlərinin artırılmasında, mühəndislik sahəsində qabiliyyətlərinin təkmilləşdirilməsində faydalı olduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev yarışmanın şərtlərinə əsasən, qalib komandaların Antalyada keçiriləcək “Robotex Türkiyə” Milli Çempionatında iştirak edəcəyini və Estoniyada təşkil olunacaq dünya çempionatında iştirak hüququ qazanacaqlarına əminliyini söyləyib və komandalara uğurlar arzulayaraq müvafiq tövsiyələrini verib.

Sonra çıxış edənlər universitet rəhbərliyi tərəfindən yaradılan əlverişli şəraitin yeni müsabiqələrdə təmsil olunmaq üçün motivasiya mənbəyi olduğunu, tələbələri daha uğurlu layihələrin rellaşdırılmasına təşviq etdiyini vurğulayıblar.

Görüşün sonunda qaliblərə, komandaların mentorlarına, eyni zamanda, hakim heyətinə fəxri fərmanlar təqdim edilib.

Əvvəlki Yazı

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 60 şagird fənn olimpiadalarının

Növbəti Yazı

Azərbaycanda ötən il 12 min qaçqının aylıq müavinət ödənişi dayandırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.