Bolqarıstan sonradan partlayan peycerləri Livanın şiə Hizbullah hərəkatına vermədi və ticarət əməliyyatlarında vasitəçi olmadı. Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi Macarıstan KİV-lərinin açıqlamalarını şərh edərkən bildirib.
Kəşfiyyat xidməti həmçinin müvafiq departamentlərlə birlikdə “Bolqarıstanda qeydiyyatdan keçmiş bir şirkətin iştirakı ilə bağlı” yoxlamalara başladığını bildirib.
Bolqarıstan Milli Televiziyasının məlumatına görə , Norta Global Ltd. əslində əcnəbinin ünvanında qeydiyyatdadır və Bolqarıstanda heç bir fəaliyyət göstərmir.
(Tass)