Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Omanın Moskvadakı səfiri Hamud Bin Salem Al Tuveykh Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafı və danışıqların qrafikini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fələstin-İsrail münaqişəsi zonasında və Qırmızı dənizdə vəziyyətin inkişafı vurğulanmaqla, Yaxın Şərq gündəminin əsas mövzuları üzrə hərtərəfli fikir mübadiləsi aparılıb”, – deyə diplomatik departamentdən bildirilib.
Departamentdən əlavə ediblər ki, söhbət zamanı “çoxşaxəli Rusiya-Oman əməkdaşlığının gələcək inkişafı”nın aktual məsələlərinə, o cümlədən müxtəlif səviyyələrdə qarşıdakı təmasların cədvəlinə də diqqət yetirilib.
Görüş Oman tərəfinin təşəbbüsü ilə baş tutub. (Tass)