Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Suriyadakı vəziyyəti müzakirə edərək, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyinə diqqət çəkiblər. Bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.
“Söhbət zamanı Suriyada və onun ətrafında yaranan vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda, Suriyanın birliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin zəruriliyi vurğulanıb. Astana formatı çərçivəsində işin əsaslandığı prinsiplərdir”, – Xarici İşlər Nazirliyində qeyd olunub. (Tass)