Əvvəl aydınlaşdırmaq lazımdır ki, şəxs pulu alarkən zərurət olaraq olaraq nə göstərmişdir. Almış borcun məbləği müəyyənləşdirilməlidir. Məsələn, şəxs yaxınlaşıb kimdənsə on min manat pul almaq istəyirsə, səbəb olaraq maşın almaq planı olduğunu deyirsə və danışıq üzrə müəyyən aylar üzrə borcu qaytarırsa və sonda hər hansı səbəblə borcu qaytara bilmirsə, bu mülki münasibətlər sayılır. Aldanma faktı sübuta yetirlərsə, cinayət məcəlləsinin 178-ci maddəsi ilə şəxsə cinayət işi açılır.
Əgər borcu alan şəxsin pulu alma səbəbi yalan olarsa və siz bu faktı aşkarlayarsızsa, eyni zamanda sizdən başqa digər şəxslərə də bu bu dələduzluöu işlətmişsə, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır, polis işi aydınlaşdırmalıdır. Məsələyə mülki iş olaraq baxılarsa, pulu məhkəmə yolu ilə geri almaq mümkündür.
Hüquqşünas Yusif Seyfəlov