Avropa İttifaqının Fələstinə yardım üçün maliyyə ödənişlərini dayandırmayacağını Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell Körfəz ölkələri ilə görüşdə iştirak etdiyi Omanda keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, artıq açıqlanıb, lakin vurğulamaq istəyirəm ki, Avropa İttifaqı Fələstin Muxtariyyətinə vəsait köçürməsini dayandırmayacaq. İşğal olunmuş Fələstin ərazilərinə lazımi yardımı davam etdirmək lazımdır”, – o deyib. (Tass)