Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasını yan keçəcək mexanizm hazırlayıb. Bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.
Onun sözlərinə görə, əvvəllər Rusiya aktivlərindən istifadə təklifini rədd edən Budapeşt “onların istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir”. Borrell qeyd edib ki, vetodan yan keçmə mexanizmi “hər hansı hüquqi qərar kimi mürəkkəb, lakin işlək” olacaq.
Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər. (Tass)