Xarici agentlər haqqında qanun ləğv olunmasa, Avropa İttifaqı Gürcüstanı Avropa Sülh Fondu vasitəsilə Avropa maliyyəsindən və təchizatdan məhrum etməyə hazırdır. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.
“Biz Gürcüstana maliyyə dəstəyini və Avropa Sülh Fondunun dəstəyini dayandırmağa hazırıq. Bu, dərhal edilə bilər, bu qərarlar səs çoxluğunu tələb etmir” deyən Borrell, Aİ ölkələrindən birinin (Macarıstan nəzərdə tutulur) bunu etmədiyini qeyd edib.
“Ucadan və açıq şəkildə demək istəyirəm: hökumət öz kursunu dəyişməsə, Gürcüstan Aİ-yə daxil olmaq yolunda irəliləməyəcək”, – Borrell vurğulayıb. (Tass)