Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İranın İsrailə hücumundan sonra dünyanın uçurumun astanasında olduğunu deyib.
“Onda Cero” radiostansiyasına müsahibəsində diplomat yəhudi dövlətinin hücuma cavab verəcəyinə əmin olduğunu bildirib. Bununla belə, o, ümid edir ki, bu, vəziyyətin gərginləşməsinə səbəb olmayacaq, çünki “dayanmaq vaxtı çatıb, müharibənin yayılmasının qarşısını almaq, həmçinin Qəzza zolağında onu dayandırmaq vaxtı çatıb”. “Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq” dedi Borrell.
Aİ-nin İranla hazırkı münasibətlərinə gəlincə, diplomat onları mürəkkəb adlandırıb. “Biz İranla mümkün olan ən yaxşı əlaqələrə malik olmalıyıq” dedi. Onun sözlərinə görə, İran mühüm regional oyunçudur və “indi həmişəkindən daha vacibdir”.
(Tass)