Aİ diplomatiyasının rəhbəri Josep Borrell bazar günü Kiyevə gəlib, orada Vladimir Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
“Mən Kiyevdə prezident Vladimir Zelenski və nazir Dmitri Kuleba ilə həlak olmuş əsgərlərin xatirəsini yad etmə mərasimində iştirak etməkdən şərəf duyuram”, – Borrell X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Borrelin X sosial şəbəkəsində Aİ Xarici İşlər Xidmətinin səhifəsində yerləşdirdiyi videomüraciətdə baş diplomat səfərin məqsədinin Ukraynaya dəstəyi ifadə etmək olduğunu bildirib. Kiyevə gəlməzdən əvvəl Odessada olub. (Sputnik Armenia)