Qəzzaya atılan mərmilərin yarısının Avropada istehsal olunduğunu nəzərə alsaq, Aİ-nin İsrail üzərində geniş təsir rıçaqları var. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Xosep Borrel deyib.
Onun sözlərinə görə, Avropa Komissiyası “İsraillə ticarətin məhdudlaşdırılmasını təklif edə bilər”. Keçmiş Aİ diplomatı İspaniyanın Cadena SER radiostansiyasına bildirib ki , “Avropa istəsə, onun İsrailə təsir etmək üçün çoxlu imkanları var”. Qəzzaya düşən bombaların yarısı Avropa istehsalı olan bombalardır”.
Borrell İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiqinin tərəfdarı olduğunu bildirib. “Amma bunun baş verəcəyinə ümidim yoxdur”, o əlavə edib. Onun sözlərinə görə, Aİ Ukrayna və Fələstində baş verənlərə fərqli münasibətə görə dünyanın qalan hissəsinin etibarını xeyli itirib. (Tass)