Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “Eksperimental botanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransın açılış mərasiminə onlayn qoşulan Səyyarə İbadullayeva Botanika İnstitutunun əsas fəaliyyət istiqamətləri, struktur bölmələri və dövri elmi nəşrləri barədə məlumat verib, əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərini müzakirə edib.
Tədbirdə Belarus Elmlər Akademiyasının V.F.Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyi Botanika İnstitutu arasında elmi-tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Sənədə əsasən tərəflər arasında müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, elmi konfrans, təcrübə mübadiləsi, biomüxtəlifliyin mühafizəsinə də birgə fəaliyyəti nəzərdə tutulub.