Avqust 22, 2025-9:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Botanika İnstitutunda meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçirilib

2025:06:19 - 14:55
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans davam edir. Tədbirin ikinci günü Azərbaycan-Macarıstan alimləri tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.

Seminarda institutun baş direktoru professor Səyyarə İbadullayevanın “Meşələrin idarə olunması və meşə təsərrüfatlarının yaradılması”, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru professor Peter Odor və Pilis Park Meşə Təsərrüfatı şirkətinin direktor müavini Peter Csepanyi “Macarıstanda meşələrin idarə edilməsi və mühafizəsi”, Ekoloji Tədqiqatlar Mərkəzinin əməkdaşları Laszlo Demeter “Mülayim palıd meşələrinin inteqrativ idarə edilməsi üçün tarixi və indiki biliklərin sintezi” və professor Zsolt Molnar “Torpağın daha yaxşı idarə edilməsi və mühafizəsi üçün yerli torpaq istifadəçiləri ilə əməkdaşlıq və biliklərin birgə istehsalı” mövzularında təqdimatlarla çıxış etdilər.

Professor Zsolt Molnarın təqdimatında “Çoban Laszlo Safian ilə otlaqda günorta” adlı sənədli filim nümayiş olunub. Mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirdə professor Səyyarə İbadullayeva meşələrin qorunması və bərpasına dair müştərək layihələrin və tədqiqatların aparılması, gənc kadrların təcrübə proqramında iştirakı məsələlərini macarıstanlı alimlərlə birgə müzakirə edib, habelə Botanika İnstitutda “Meşə qrupu”nun yaradılması ilə bağlı qərar qəbul olunub.

Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar iştirakçılar arasında interaktiv oyun keçirib, qaliblər simvolik hədiyyələrlə mükafatlandırılıb.

Sonda professor Səyyarə İbadullayeva konfransın fəal iştirakçılarına sertifikat təqdim edib.

Əvvəlki Yazı

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb

Növbəti Yazı

Belarus XİN: Paşinyan Aİİ forumunda uzaqdan iştirak edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.