İyun 15, 2025-19:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Botanika İnstitutunun əməkdaşları Almaniyada tədqiqat aparıblar

2024:04:01 - 11:55
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun gənc əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru Aytən Fətdayeva, doktorantlar Asya Əkbərova və Səbinə Hacıyeva Almaniyanın Berlin şəhərində elmi ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin məqsədi Azad Berlin Universitetinin Biologiya bölməsində Berlin Botanika Bağı və Botanika Muzeyinin direktoru professor Tomas Borşun rəhbərliyi ilə keçirilən Molekulyar-filogenetika kursunda iştirak etmək və molekulyar-filogenetik analizlər aparmaq olub.

Kurs müddətində gənc tədqiqatçılar tərəfindən Berlin Botanika Bağı və Botanika Muzeyinin laboratoriyasında Azərbaycan florasında yayılan zəngiçiçəyi (Campanula L.), məryəmnoxudu (Teucrium L). bitki cinslərinə aid növlər üzərində molekulyar-filogenetik tədqiqatlar aparılıb. Azərbaycanın müxtəlif rayonlarından toplanılan bu bitki cinslərinin növlərinə aid silikageldə saxlanılan yarpaq nümunələrinin laboratoriya şəraitdə DNT ekstraksiyası, onun PZR amplifikasiyası, elektroforezi və xüsusi metodikaya uyğun proqram təminatları vasitəsilə DNT ardıcıllığı oxunulub. Xloroplast DNT-si (cpDNA) məlumatları əsasında statistik etibarlı ən uyğun filogenetik ağacın qurulması üzərində isə işlər davam etdirilir.

Səfər müddətində tədqiqatçılar Berlin Botanika Bağı və Botanika Muzeyinin kitabxanasını ziyarət edib, həmçinin herbari fondunda herbari nüsxələrinin təftişini aparıblar.

Sonda Botanika İnstitutunda Aytən Fətdayeva, Asya Əkbərova və Səbinə Hacıyevanın təqdimatında keçirilən elmi seminarda ezamiyyətin nəticəsinə dair məruzələri dinlənilib.

Əvvəlki Yazı

Sahil Babayev: “Azərbaycan-Rumıniya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Növbəti Yazı

Birinci Qarabağ müharibəsinin iştirakçısı Ali Məhkəməyə hakim təyin olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.