İyun 15, 2025-23:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri özbək dilində nəşr edilib

2024:06:21 - 12:47
in MƏDƏNİYYƏT
A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri Özbəkistanda nəşr olunub. Böyük şairin əsərlərindən ibarət ikicildlik “Külliyyat”ın birinci cildində qəzəllər, ikinci cildində isə poemalar yer alıb.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sözügedən nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə işıq üzü görüb.Qeyd edək ki, Məhəmməd Füzulinin əsərləri Özbəkistanda ilk dəfə 1959-cu ildə iki cild halında kiril qrafikası ilə nəşr olunub. Sonrakı dövrlərdə şairin əsərləri müxtəlif müəlliflər tərəfindən bir neçə dəfə nəşrə hazırlansa da onun yaradıcılığını tam şəkildə əhatə edə bilməyib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində hazırlanan sözügedən nəşr uzun illərdən sonra Məhəmməd Füzuli əsərlərini geniş şəkildə əhatə etməsi ilə fərqlənir. Nəşrdə Məhəmməd Füzuli müxtəlif dövrlərdə özbək dilində çap edilmiş əsərlərindən də istifadə olunub. Bununla yanaşı, yeni nəşrdə böyük şairin Azərbaycan dilində çap edilmiş əsərləri, habelə Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazma nüsxələrindən də istifadə olunaraq dəqiqləşdirilmələr aparılıb, öncəki nəşrlərdə yol verilmiş xətalar aradan qaldırılıb, izahlar, şərhlər əlavə edilib və sonda kiçik lüğət də verilib.Nəşrin ilkin təqdimatı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində olub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə yaxın günlərdə əsərin daha bir neçə ali təhsil ocağında geniş təqdimatları nəzərdə tutulur.Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən nəşrə hazırlanmış “Külliyyat”ın redaktorları professor Nurbay Cabbarov və dosent Gülbahar Aşurovadır.Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən nəşrin Özbəkistanın aparıcı ali təhsil ocaqlarına, kitabxanalarına əvəzsiz olaraq paylanması da planlaşdırılır.

Əvvəlki Yazı

Vahid Hacıyev: “Qarabağ dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevriləcək”

Növbəti Yazı

İşdən çıxmaq istəyi neçə gün öncə bildirilməlidir?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.